İranın paytaxtı Tehran şəhərində güclü partlayış səsləri eşidilib.Metbuat.az Apa-ya istinadən xəbər verir ki, partlayış səsləri Tehranın bir çox yerində – şəhərin cənubunda, mərkəzində və qərbində eşidilib. ABŞ və İsrail Hərbi Hava Qüvvələrinin Tehranda genişmiqyaslı hava əməliyyatı keçirdiyi bildirilir. Tehranın bəzi yerlərində Hava Hücumundan Müdafiə sistemləri aktivləşib.