EN

Ermənistanda qalmaqal: nazir hakim partiya deputatını tənqid etdi

Ermənistanda seçki öncəsi hakim partiya daxilində ciddi çatlar müşahidə olunur.

Musavat.com xəbər verir ki, Ermənistanın səhiyyə naziri Anahit Avanesyan hakim “Vətəndaş müqaviləsi” partiyasından olan deputat Andranik Koçaryanın açıqlamasını sərt tənqid edib.

Belə ki, parlamentin müdafiə və təhlükəsizlik komissiyasının sədri Koçaryan oğlunun hərbi xidmətdən azad olunmasını onun bilik səviyyəsi ilə izah edərək bildirib:
“Oğlum öz biliklərinə görə orduda xidmət etmədi. O, yüksək səviyyəli insandır. Əgər sizin də belə bilikləriniz olsaydı, siz də xidmət etməzdiniz”.

Bu fikirlər hakim komanda içində belə ciddi narazılıq doğurub. Səhiyyə naziri Avetisyan bu cür ifadələri “diqqətsizlik” adlandırıb.

Musavat.com

 

 

Chosen
42
musavat.com

1Sources