EN

Ehtiram Quliyevi ağır cəza gözləyir

BAKI, 7 aprel. TELEQRAF

Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində keçirilən “Turan Tovuz” - “Zirə” (0:2) matçında sonra qalmaqallı açıqlaması ilə gündəmə tələn Tovuz təmsilçisinin İdarə Heyətinin sədri Ehtiram Quliyevi ağır cəza gözləyir.

Teleqraf-ın əldə etdiyi məlumata görə, bununla bağlı qərarın qarşıdakı günlərdə AFFA İntizam Komitəsi tərəfindən açıqlanacağı bildirilir.

Məlumata görə, klub rəhbərinin məlum açıqlamasında “azarkeşlərin səssiz qalmasını istəmirəm” cümləsini işlətməsi AFFA rəhbərliyi tərəfindən birmənalı qarşılanmayıb. Onun bu sitatı sabitliyi pozmağa cəhd kimi qiymətləndirilib.

Düzdür, Ehtiram Quliyevin qalmaqallı hakim qərarları ilə yadda qalan qarşılaşmadan dərhal sonra verdiyi açıqlama emosionallıqdan irəli gəlirdi. Tovuz futbolunun dirçəlməsi üçün ciddi yatırımlar edən iş adamını bu mənada başa düşmək də olardı. Lakin E.Quliyevin həddindən artıq emosionallığı nəticəsində verdiyi açıqlamadakı bəzi nüanslar qəbuledilməz hesab olunub.

Nəzərə alaq ki, AFFA artıq Ehtiram Quliyevin açıqlamasına səbəb olan hakim səhvlərini qəbul edib və bunu ötən gün AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənovun dili ilə açıqlayıb. Ötən gün də Teleqraf qarşılaşmada iki penalti epizodunda fiti susan Əliyar Ağayevin 5 oyunluq cəzalandırıldığına dair xəbəri də oxucularına çatdırıb.

AFFA-nın atacağı növbəti addımın isə klub rəhbərinin cəzalandırılmasına dair olacağı gözlənilir.

Qeyd edək ki, “Turan Tovuz” 2025-ci ilin aprelində “Şamaxı” ilə oyunun təşkili ilə bağlı bəyanat yaymış, VAR olmadığı halda oyunun şəffaf şəkildə keçiriləcəyinə şübhə etdiklərini bildirmişdi. Klubun bu bəyanatı İntizam Komitəsi tərəfindən AFFA və Peşəkar Futbol Liqasının nüfuzuna xələl gəlməsi kimi qiymətləndirilmiş, nəticədə Tovuz təmsilçisini 20 min manat cərimələmişdi.

Chosen
21
9
teleqraf.com

10Sources