EN

Amerikalı pilotların xilasedilməsində “Mossad” iştirak edib

Bakı. Trend:

İsrailin kəşfiyyat xidməti - “Mossad” ölkənin silahlı qüvvələriilə birlikdə İran ərazisi üzərində vurulmuş “F-15E” qırıcıtəyyarəsinin iki amerikalı pilotunun axtarışı və xilas edilməsiəməliyyatında birbaşa iştirak edib.

Trend xəbər verirki, bunu ABŞ-nin İsraildəki səfiri Mayk Hakabi bildirib.

“İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşdüm və Amerikaxalqı adından İran ərazisində təyyarəmizin ekipajının xilasedilməsi əməliyyatında ABŞ silahlı qüvvələrinə və kəşfiyyatınagöstərilən misilsiz köməyə görə ona təşəkkür etdim. İsrail MüdafiəOrdusu və ‘Mossad’ missiyaya böyük dəstək göstərib”, – Hakabi “X”platformasında yazıb.

Xatırladaq ki, “F-15E” qırıcı təyyarəsi cümə günü İran ərazisiüzərində vurulub. Axios portalının məlumatına görə, katapultdansonra ekipajın hər iki üzvü – pilot və şturman-operator – uğurlaəlaqəyə çıxıb. Portalın mənbələri bildiriblər ki, pilot təyyarənindüşməsindən bir neçə saat sonra xilas edilib. Axtarış-xilasetməəməliyyatı zamanı İran bu əməliyyatda iştirak edən ABŞ-nin “BlackHawk” helikopterlərindən birini vurub – ekipaj üzvləri yaralansalarda, helikopter uçaraq ərazidən uzaqlaşa bilib.

Məqalədə:
Chosen
15
1
az.trend.az

2Sources