EN

İmtahana buraxılmayan şagird müəllimini qətlə yetirdi

Azxeber.com portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Rusiyanın Perm bölgəsində 17 yaşlı yeniyetmə müəllimə bıçaqla hücum edib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, müəllimə aldığı xəsarətdən dünyasını dəyişib.

Polis yeniyetməni saxlayıb.

Məlumata görə müəllimə Olesya B. 5-9-cu siniflər üçün səhər məşqləri edərkən 17 yaşlı oğlan məktəbin girişində onu gözləyib, sonra ona hücum edərək bir neçə dəfə bıçaqlayıb. Qadın ağır vəziyyətdə xəstəxanaya aparılsa da həyatını xilas etmək olmayıb.

Məlum olub ki, 9-cu sinif şagirdi olan yeniyetmə müəllimə imtahan verməyə icazə verilmədiyi üçün hücum edib.  Zərərçəkən rus dili dərsi deyib və onun sinif rəhəri olub.

Aysel

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
20
azxeber.com

1Sources