EN

AFFA-dan Adil Şükürova sərt cəza

style='margin-bottom:10px;'>

AFFA İntizam Komitəsi “Səbail”in baş məşqçisi Adil Şükürova sərt cəza tətbiq edib.

QOL.az xəbər verir ki, bu haqda komitənin bu gün açıqlanan qərarında bildirilib.

Qeyd edilib ki, aprelin 2-də I Liqada keçirilən 20-ci turun “Səbail” – “Baku Sportinq” oyununda Adil Şükürov ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir edib. Bu səbəbdən ona 4 oyunluq cəza tətbiq edilib, “Səbail” klubu 3000 manat cərimə edilib.

Həmçinin qərarda qeyd edilir ki, həmin oyunda “Səbail” komandasının azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə “Səbail” komandası 1500 manat cərimə edilib.

Chosen
13
1
teleqraf.com

4Sources