EN

"Güclü Ermənistan" Partiyası etiraza çağırır: "Paşinyan seçkiləri saxtalaşdırmağa hazırlaşır" – ÖZƏL

Olaylar.az xəbər verir ki, "Güclü Ermənistan" partiyası ölkədə keçiriləcək seçkilərin saxtalaşdırılacağı ilə bağlı bəyanat yayıb. Partiyanın iddiasına görə, Nikol Paşinyan və komandası Milli Assambleyada azad və ədalətli seçki imkanlarını məhdudlaşdıran yeni qanun layihəsini qəbul etməyə çalışır.

Partiya tərəfdarlarını bu gün saat 12:00-da parlament binası qarşısında toplaşaraq etiraz etməyə çağırıb. Hakim "Mülki Müqavilə" partiyası Seçki Məcəlləsinə təcili dəyişiklik təklif edib. Bu dəyişiklik partiya və blokların adlarında şəxs adlarının istifadəsini qadağan edir.

Siyasi qüvvə bildirib ki, "Paşinyan dəyişikliklərin qarşısını ala bilməyəcək" və bu addımlar hakimiyyəti qorumaq məqsədi daşıyır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
14
olaylar.az

1Sources