Cebheinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Bu ilin yanvar-mart aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) dövlət qurumları üçün yaradılmış elektron poçt xidmətində 4 milyon 677 min 755 elektron məktubu emal edib.
"Report"un XRİTDX-in məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən 9,7 % çoxdur.
Bu ilin ilk 3 ayında emal olunan məktubların 3 milyon 258 min 110-u istifadəçilərə çatdırılıb, 1 milyon 419 min 645-i isə zərərli tərkibli olduğu üçün bloklanıb.
Bloklanmış məktubların sayı 1 il əvvələ nisbətən isə 2 dəfə artıb.
Xatırladaq ki, 2025-ci ildə dövlət elektron poçt xidmətinə 17 milyon 695 min 349 məktub daxil olub, onlardan 12 milyon 549 min 565-i istifadəçilərə çatdırılıb, 5 milyon 145 min 784-ü zərərli tərkibli olduğu üçün blok edilib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.