EN

Qaradağda əməliyyat: 70 kq narkotik qanunsuz dövriyyədən çıxarılıb (FOTO/VİDEO)

Bakı.Trend:

Qaradağda 70 kq narkotik vasitə qanunsuz dövriyyədənçıxarılıb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən (DİN) məlumatverilib.

Bildirilib ki, Qaradağ Rayon Polis İdarəsinin əməkdaşlarınarkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı silsiləəməliyyatlar həyata keçiriblər. Rayon ərazisində keçiriləntədbirlər zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdəşübhəli bilinən 33 yaşlı Məmmədəli Məmmədov, 33 yaşlı OrxanMehtiyev, 31 yaşlı Elmar Mehtizadə, 35 yaşlı Vaqif Kərimov və 32yaşlı Pərvin Orucov saxlanılıblar.

Onlardan ümumilikdə 70 kiloqram 875 qram tərkibinə psixotropmaddələr əlavə edilmiş narkotik vasitə marixuana aşkarlanıb.Saxlanılanlar şəxslərin müxtəlif İran vətəndaşları ilə cinayətəlaqəsinə girərək narkotikləri sərhədyanı bölgələrdən qazanc əldəetmək və müxtəlif ünvanlara yerləşdirmək məqsədi ilə əldə etdikləriməlum olub.

Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslərbarəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Qaradağda
Qaradağda
Chosen
5
33
az.trend.az

10Sources