EN

Bu gün Azərbaycan çempionatında 3 oyun keçiriləcək

Bu gün futbol üzrə Misli Premyer Liqasında XXVI tura yekun vurulacaq.

"Unikal" xəbər verir ki, son oyun günündə 3 qarşılaşma keçiriləcək.

"İmişli" "Turan Tovuz"u, "Zirə" "Şamaxı"nı, "Araz-Naxçıvan" isə "Sabah"ı qəbul edəcək. Matçlar müvafiq olaraq, saat 15:00, 17:15 və 19:30-da başlayacaq.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Qəbələ" "Kəpəz"ə 2:0, "Neftçi" "Sumqayıt"a 3:1, "Qarabağ" isə "Karvan-Yevlax" 7:0 hesabı ilə qalib gəlib.

 

Chosen
2
1
unikal.az

10Sources