EN

İrana qarşı əməliyyatlarda 370-dən çox amerikalı hərbçiyaralanıb

28 fevralda İrana qarşı başlayan hərbi əməliyyatlar zamanı 370-dən çox amerikalı hərbçi yaralanıb.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı "Trend" agentliyi istinadən yayıb.

ABŞ Mərkəzi Komandanlığının sözçüsü bildirib ki, yaralanan hərbçilərdən təxminən 330-u artıq xidmətə qayıdıb, onlardan beşi ağır yaralanıb.

Bundan əvvəl CBS xəbər verib ki, dünən gecə Küveytdəki Əli əl-Salem hava bazasına İranın pilotsuz təyyarəsinin zərbəsi nəticəsində 15 amerikalı hərbçi xəsarət alıb.

Qeyd edək ki, Pentaqon əməliyyatın başlanğıcından bəri 13 amerikalı hərbçinin öldüyünü açıqlamışdı.

Den Keyn isə bildirib ki, Amerika qoşunlarının xəsarət almalarının əksəriyyəti İranın pilotsuz təyyarələrinin zərbələri nəticəsində baş verib.

Aminə ŞAHSUVARQIZI

Chosen
18
1
redaktor.az

2Sources