EN

Tehranda faciəvi səhər: Paytaxt vuruldu

ABŞ və İsrailin İranın Tehran əyalətinə bağlı Pərdis rayonundakı yaşayış məntəqəsinə təşkil etdiyi hücumda 3-ü uşaq olmaqla 6 nəfərin həyatını itirdiyi bildirilib. 

"Cebheinfo.az" xəbər verir ki, İranın yarımrəsmi "Mehr" xəbər agentliyinin məlumatına görə, ABŞ-İsrail sabaha yaxın Tehranın şərqindəki Pərdis rayonunda mülki yaşayış məntəqəsinə hücum həyata keçirib. 

Hücumdan sonra bölgəyə sövq edilən xilasetmə qruplarının bir binanın dağıntıları altından 3-ü uşaq olmaqla 6 nəfərin cəsədini çıxardığı aktarılıb. Yayımlanan görüntülərdə yaşayış məntəqəsinə təşkil edilən hücumda bəzi binaların ağır zərər gördüyü müşahidə olunub. 

Chosen
6
1
cebheinfo.az

2Sources