Bakı.Trend:
2026-cı ilin birinci rübü ərzində XRİTDX tərəfindən domenadlarının idarə olunması sahəsində qeydiyyata alınan domenlərinsayı 17, subdomenlərin sayı 123 təşkil edib, eyni zamanda 21 domenvə 52 subdomen ləğv olunub ki, bu da “GOV.AZ” domen məkanınınoptimallaşdırılması və təhlükəsizlik risklərinin azaldılmasıbaxımından mühüm əhəmiyyət kəsb edir.
Bu barədə Trend-ə Xüsusi Rabitə və İnformasiya TəhülkəsizliyiDövlət Xidmətindən məlumat verilib.
Bildirilib ki, “AzStateNet” şəbəkəsi üzrə tətbiq edilən yeninəsil mühafizə avadanlıqları vasitəsilə URL əsaslı 41 289 866təhlükəli keçid, zərərverici əsaslı (virus, casus proqram və digərzərərli fəaliyyət əlamətləri daşıyan) 3 786 317 trafik, eləcə də“Sandbox” mühafizə sistemi vasitəsilə 31 962 zərərverici tərkiblifayl blok edilib və son istifadəçilərin yoluxmasının qarşısıalınıb.
DDoS hücumlarına qarşı mühafizə çərçivəsində isə 7 013 863 hücumqeydə alınıb, nəticədə 12 523 934 684 zərərli paket blok edilib vəümumilikdə 10 226 233 Mbit həcmində zərərli trafikin qarşısıalınıb.
Bununla yanaşı, mərkəzləşdirilmiş antivirus həlli vasitəsilə sonistifadəçi təhlükəsizliyi üzrə 1 048 869 təhdid blok edilib vəzərərsizləşdirilib ki, bu da çoxsəviyyəli və mərkəzləşdirilmişmüdafiə yanaşmasının effektivliyini göstərir.
Dövlət qurumlarının informasiya sistemlərində XRİTDX tərəfindənaparılan daimi monitorinq nəticəsində aşkarlanan kiberhücumlarıntəhlilinə əsasən cari ilin ilk üç ayı üzrə 274 kiberhücumgöstəricisi (IOC – “Indicator of Compromise”) müəyyən edilərəkmərkəzləşdirilmiş qaydada blok edilib. Bu kibertəhdidlərin 213-üdaxili araşdırma, 61-i isə dövlət qurumlarının müraciətləriəsasında müəyyən olunub.
Kibertəhdid kəşfiyyatı xidmətlərindən istifadə etməklə 2026-cıilin ilk rübü ərzində dövlət qurumları domenlərinə (gov.az)bənzədilmiş 6 saxta domen aşkarlanıb və blok edilib. Eyni zamandaXRİTDX tərəfindən 60 fişinq təyinatlı veb resurs blok edilib vədövlət qurumlarının əməkdaşlarına məxsus 105 sızmış kimlik məlumatıaşkarlanaraq müvafiq tədbirlər görülüb.
XRİTDX tərəfindən dövlət qurumları üçün yaradılmış dövlətelektron poçt xidmətində 4 677 755 elektron məktub emal edilib ki,onlardan 3 258 110-u istifadəçilərə çatdırılıb, 1 419 645-i isəzərərli tərkibli olması səbəbindən blok edilib.
Hesabat dövründə XRİTDX tərəfindən dövlət qurumlarına məxsusveb-saytların təhlükəsizlik səviyyəsinin yoxlanılması məqsədilə 194audit və nüfuzetmə testi həyata keçirilib. Eyni zamanda dövlətqurumları üçün ayrılmış IP ünvan diapazonlarının xüsusi proqramtəminatları vasitəsilə təhlükəsizlik boşluqlarına qarşı aparılmışperiodik yoxlamalarının nəticələrinə əsasən 34 analitik hesabathazırlanaraq aidiyyəti üzrə təqdim edilib.
XRİTDX informasiya təhlükəsizliyi sahəsində davamlı və proaktivtədbirlər həyata keçirməklə dövlət qurumlarının rəqəmsal mühitdəfasiləsiz və təhlükəsiz fəaliyyətini etibarlı şəkildə təmin edir,eləcə də ölkənin kibertəhlükəsizlik ekosistemini gücləndirərəkmilli rəqəmsal dayanıqlığın artırılmasına, kritik informasiyainfrastrukturunun qorunmasına və kibertəhdidlərə qarşı çevik cavabmexanizmlərinin formalaşdırılmasına mühüm töhfə verir.