EN

Teatrda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: 28 əməkdaş xəstəxanaya YERLƏŞDİRİLDİ

Moskvada Krasnoyarsk teatrının 28 əməkdaşı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

İnterpress.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Moskvada qastrol səfərində olan Krasnoyarsk teatrının 28 əməkdaşı zəhərlənmə əlamətləri ilə xəstəxanaya çatdırılıb.

Bu insident səbəbindən aprelin 6-da “Mossovet” teatrının səhnəsində nümayişi planlaşdırılan “Kölgə ilə döyüş” (“Бой с тенью”) tamaşası təxirə salınıb.

“Qızıl maska” (“Золотая маска”) mükafatı və festivalının mətbuat xidmətindən verilən məlumata görə, hazırda baş vermiş zəhərlənmənin dəqiq səbəbləri müəyyən edilməyib.

Xuraman Etibarlı

İnterpress.az


Chosen
16
2
interpress.az

3Sources