EN

Simge, Bengü və Mustafa Ceceli saxlanıldı

Demokrat.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Beykoz Baş Prokurorluğu tərəfindən tanınmış şəxslərə qarşı aparılan narkotik araşdırması çərçivəsində yeni əməliyyat keçirilib. İstanbul İl Jandarma Narkotik Şöbəsi ilə birgə idarə olunan prosesdə aralarında ulduz müğənnilər və aktyorların da olduğu doqquz nəfər nəzarətə alınıb.Saxlanılanlar arasında Simge Sağın, İbrahim Çelikkol, Melek Mosso, Mustafa Ceceli, Bengü və Ersay Üner kimi tanınmış simalar var.Prokurorluğun rəsmi açıqlamasında qeyd olunur ki, narkotik maddə əldə etmək, saxlamaq və istifadə etmək ittihamı ilə bağlı əldə edilən dəlillər əsasında bu səhər axtarışlar həyata keçirilib. Saxlanılan şəxslər əvvəlcə sağlamlıq yoxlamasından keçirilib, daha sonra isə analiz üçün Məhkəmə Tibb Qurumuna göndəriliblər.İstintaq prosesinin gedişatına uyğun olaraq şübhəlilər prokurorluqda ifadə verəcəklər. Tibbi analizlərin nəticələri və ifadələr əsasında onların sərbəst buraxılması və ya məhkəməyə sövq edilməsi barədə qərar veriləcək.Xatırladaq ki, məşhur şəxslərə qarşı bu genişmiqyaslı araşdırma 2025-ci ilin oktyabr ayından bəri davam edir. Bu müddət ərzində bir çox musiqiçi və menecer istintaqa cəlb olunub, müxtəlif ekspertizalar aparılıb. Hazırda prokurorluq tərəfindən araşdırmanın bütün detalları dəqiqliklə yoxlanılır.Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
15
demokrat.az

1Sources