EN

Premyer Liqa: XXVI tura 3 oyunla yekun vurulur

Azərbaycan Premyer Liqasının XXVI turunda bu gün üç matç keçiriləcək

Azərbaycan Premyer Liqasında XXVI tura bu gün yekun vurulacaq.

Msport.az xəbər verir ki, sonuncu oyun günündə üç matç keçiriləcək.

İlk olaraq “Turan Tovuz” “İmişli”nin qonağı olacaq. Qarşılaşma Quba Olimpiya İdman Kompleksinin stadionunda, saat 15:00-da start götürəcək. Tovuz təmsilçisi 48 xalla üçüncü, meydan sahibləri 22 xalla doqquzuncu pillədə qərarlaşıb.

Ardınca “Zirə” “Şamaxı”nı qəbul edəcək. Görüş Zirə İdman Kompleksinin stadionunda, saat 17:15-də başlayacaq. “Qartallar” 42 xalla dördüncü, bölgə klubu 30 xalla səkkizincidir.

Tura Bakıda yekun vurulacaq. “Sabah” “Araz-Naxçıvan”la münasibətlərə aydınlıq gətirəcək. Oyun “Liv Bona Dea Arena”da, saat 19:30-da start götürəcək. Çempionatın lideri “Sabah”ın 62 xalı var. Naxçıvan təmsilçisi 39 xalla altıncıdır.

Qeyd edək ki, daha əvvəl “Qəbələ” “Kəpəz”i (2:0), “Neftçi” “Sumqayıt”ı (3:1), “Qarabağ” “Karvan-Yevlax”ı (7:0) məğlub edib.

Chosen
11
3
msport.az

4Sources