EN

2 bloqer eyni gündə estetik əməliyyat etdirdi - VİDEO

Azərbaycanlı tanınmış bloqerlər Aysel Şükür və Arifə Bəylərsoy eyni gündə etdirdikləri estetik əməliyyatlarla gündəmə gəliblər.

Milli.Az xəbər verir ki, influenser Arifə Bəylərsoy xarici görünüşündə dəyişiklik edərək plastik əməliyyata müraciət edib. O, uzun müddətdir qollarından narahatlıq duyduğunu və bu səbəbdən kompleks yaşadığını açıqlayıb. Bloqer qollarını incəltdiyini bildirərək əməliyyatdan sonrakı nəticəni sosial şəbəkədə paylaşdığı video vasitəsilə izləyicilərinə təqdim edib.

Digər tərəfdən, Aysel Şükür də estetik müdaxilə etdirərək qollarını incəltdirib. Onun da yeni görüntüsü sosial mediada müzakirələrə səbəb olub.

Qeyd edək ki, hər iki bloqer qollarının görünüşündən narazı olduqlarını bildirərək bu addımı atdıqlarını açıqlayıblar.

Musa
Milli.Az

Chosen
4
1
milli.az

2Sources