EN

Türkiyəli məşhurlarla bağlı həbs qərarı çıxarılıb - Bengü, İbrahim Çelikkol və Mustafa Ceceli saxlanılanlar arasındadır

Türkiyənin Beykoz Respublika Prokurorluğu tərəfindən aparılan narkotik istintaqı çərçivəsində, aralarında tanınmış şəxslərin də olduğu şübhəliləri hədəf alan əməliyyat keçirilib.

Missiya.Az "Haberglobal"a istinadən xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

İstintaq çərçivəsində, "narkotik və ya stimullaşdırıcı maddələrin alınması, qəbul edilməsi, saxlanması, istifadəsi və təchizatı" cinayətləri ilə bağlı əldə edilən dəlillər əsasında tədbir görülüb.

Əməliyyat çərçivəsində barəsində tədbir görülən şəxslər arasında Simge Sağın, İbrahim Çelikkol, Melek Mosso, Deha Bilimler, Mustafa Ceceli, Ersay Üner, Bengü, Aslı Sipahi Hacısüleymanoğlu və İlkay Şencan da var.

Prokurorluq mətbuat açıqlamasında istintaqın diqqətlə aparıldığını və əldə edilən dəlillər və məlumatlar əsasında yeni irəliləyişlərin baş verə biləcəyini bildirib.

İlahə Qənbərli

Missiya.Az

Chosen
6
missiya.az

1Sources