EN

Bəhreyn və Küveytin hava məkanlarında uçuş qadağası yenidən uzadılıb

Bakı, 7 aprel, AZƏRTAC

Bəhreyn və Küveytin hava məkanı ardıcıl olaraq 39-cu gün bağlı qalacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə xarici media Yaxın Şərq hava nəqliyyatının idarə edilməsi xidmətindəki mənbəyə istinadla məlumat yayıb. Bildirilir ki, Bəhreyn və Küveytin hava məkanında uçuş qadağası yenidən ən azı 12 saat - UTC saat 16:00-dək (Bakı vaxtı ilə saat 19:00) uzadılıb. Lakin Bəhreynin paytaxtından qonşu Səudiyyə Ərəbistanına uçuşlara yalnız xüsusi icazə və ən qısa uçuş dəhlizi vasitəsilə ilə icazə verir.

Hər iki ölkənin hava məkanı fevralın 28-də ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatı səbəbindən bağlanıb. İran və İraq üzərindən uçuşlar da hazırda dayandırılıb. Birləşmiş Ərəb Əmirlikləri və Qətərin hava məkanı isə qismən açıqdır.

Chosen
40
1
azertag.az

2Sources