EN

Rusiyada məktəblinin bıçaqladığı müəllim ölüb

Rusiyanın Perm vilayətində məktəbli tərəfindən bıçaqla hücuma məruz qalan müəllim xəstəxanada dünyasını dəyişib.Missiya.Az "Kommersant"a istinadən xəbər verir ki, bu barədə region qubernatoru Dmitri Maxonin məlumat verib.

"Təəssüf ki, həkimlərin bütün səylərinə baxmayaraq, Dobryankadakı 5 nömrəli məktəbdə rus dili və ədəbiyyatı müəllimi Olesya Petrovna Baqutanı xilas etmək mümkün olmayıb",- qubernator müəllimin ailəsinə və həmkarlarına başsağlığı verərkən deyib.

Yerli medianın məlumatına görə, yeniyetmənin (oğlan) ciddi problemləri var idi və müəllim (direktor müavini) onun imtahan verməsinə mane olmağı planlaşdırırdı. Həmçinin məktəb şagirdi uzaqlaşdırmaq qərarına gəlibmiş.

Hal-hazırda yeniyetmə polis nəzarəti altındadır.

İlahə Qənbərli

Missiya.Az

Chosen
12
missiya.az

1Sources