EN

Perm diyarında məktəblinin bıçaqladığı müəllim ölüb

Rusiyanın Perm diyarında məktəblinin bıçaqla hücum etdiyi müəllim xəstəxanada ölüb.

"Far.Az" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə regionun qubernatoru Dmitri Maxonin məlumat verib.

"Təəssüf ki, həkimlərin bütün səylərinə baxmayaraq, rus dili və ədəbiyyatı müəllimi Olesya Petrovna Baqutanı xilas etmək mümkün olmayıb", - o deyib.

Yeniyetmə polis nəzarətinə alınıb.

Qeyd edək ki, yeniyetmə bu gün səhər saatlarında məktəbin girişində müəllimə bıçaqla xəsarət yetirib. Məlumata görə, gəncin təhsili ilə bağlı ciddi problemləri olub və müəllim onu imtahanlara buraxmamağı planlaşdırıb. Məktəbdə tədris prosesinin dayandırılması qərara alınıb.

Chosen
14
far.az

1Sources