EN

Köhnə avtomobil sahiblərinə

Ölkəmizdə hər il istismar olunan çox sayda nəqliyyat vasitəsi köhnəlmə və yol-nəqliyyat hadisələri nəticəsində istifadəyə yararsız hala düşür. Statistik göstəricilərə əsasən, hazırda respublikada hər beş avtomobildən biri ekoloji və təhlükəsizlik standartlarına cavab vermir.

Bunu nəzərə alaraq, “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”na əsasən Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiyası proqramı hazırlanmış, həmçinin proqramın tətbiqi ilə əlaqədar ümumilikdə 10-dan çox qanunvericilik aktına dəyişiklik və əlavələr edilib. Bəs hazırda bu sahədə vəziyyət necədir?

Publika.az xəbər verir ki, “Təmiz şəhər” ASC-dən Bizim.Media-ya bildirilib ki, “Tullantılar haqqında” Azərbaycan Respublikasının Qanununun uyğun olaraq, ötən müddət ərzində “Təmiz Şəhər” ASC tərəfindən utilizatorların reyestrdə qeydiyyatı üçün tədbirlər görülüb:

“Utilizator fəaliyyəti üzrə nəzərdə tutulan tələblərə cavab verən 4 utilizator (Bakıda “Fors” MMC, Abşeron rayonunda “Fast Track” MMC, Gəncədə “Semsan” və Sumqayıtda “Eco Metal” MMC şirkəti) reyestrdə qeydiyyata alınaraq istismar müddəti başa çatan, eləcə də istifadəyə yararsız nəqliyyat vasitələrinin qəbuluna başlayıb.

Nəqliyyat vasitələrinin utilizasiyaya təqdim olunmasını asanlaşdırmaq məqsədilə elektron portal istifadəyə verilib.

Chosen
1
2
publika.az

10Sources