EN

Aldığı mükafatı elə səhnədəcə sındırdı – VİDEO

Məşhur türkiyəli müğənni Hande Yener qatıldığı mükafatlandırma mərasimində maraqlı və yaddaqalan an yaşayıb.

NOCOMMENT.az xəbər verir ki, qeyri-adi geyimi ilə gecəyə damğa vuran müğənni mükafatını almaq üçün səhnəyə çıxaraq tamaşaçıları salamlayıb.
Lakin bu zaman gözlənilməz hadisə baş verib.
O, çıxışı zamanı əlindəki mükafatı təsadüfən yerə salıb. Nəticədə mükafat sınaraq səhnədə qısa müddətli çaşqınlıq yaradıb.
Buna baxmayaraq, Hande Yener vəziyyəti sakit və peşəkar şəkildə qarşılayıb. O, gülümsəyərək, çıxışını davam etdirib və baş verən hadisəni zarafatla qarşılayaraq gecəyə xoş ovqat qatıb./qafqazinfo.az/

Chosen
9
2
nocomment.az

3Sources