EN

Xırdalanda nitq qüsurlu uşaq tapılıb; valideynləri axtarılır FOTO

ain.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Abşeron rayonu ərazisində azyaşlı uşaq tapılıb.

Avtosfer.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev sosial şəbəkə hesabında bununla bağlı paylaşım edib.

Bildirilib ki, Yol Patrul Xidməti əməkdaşları tərəfindən Abşeron rayonu, Xırdalan dairəsi ərazisində nitq qüsurlu azyaşlı uşaq tapılıb. Uşağın şəxsiyyətini müəyyənləşdirmək və valideynlərini tapmaq istiqamətində tədbirlər davam etdirilir.

Uşağın kimliyini və yaxınlarının yerini bilən şəxslərdən dərhal polis orqanlarına məlumat vermələri xahiş olunur.

Qeyd edilib ki, azyaşlı hazırda Abşeron Rayon Polis İdarəsində saxlanılır və onun təhlükəsizliyi təmin olunub.

Məlumat üçün bildirək ki, belə hallarda vətəndaşların həssas yanaşması və operativ məlumat verməsi uşağın ailəsinə qovuşması baxımından xüsusi əhəmiyyət daşıyır.

Eltac Zülfüqaroğlu

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
18
avtosfer.az

1Sources