EN

Bakı–Tbilisi tandemi Cənubi Qafqazın inkişafına təkan verir – Tənzilə Rüstəmxanlı yazır

Azərbaycan ilə Gürcüstan arasında münasibətlər təkcə müasir dövrün siyasi və iqtisadi maraqları üzərində qurulmayıb, bu əlaqələrin kökləri əsrlərin dərinliklərinə gedib çıxır. Ölkələrimiz müstəqilliyini əldə etdikdən sonra Azərbaycan və Gürcüstan arasında dövlətlərarası münasibətlər bütün sahələr üzrə dinamik inkişaf tendensiyası əsasında strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir.

media-57e5eb3f-cbc9-46aa-b51e-14ac9b987c2f

Bu gün Azərbaycan-Gürcüstan münasibətləri sadəcə qonşuluq əlaqələri deyil, qarşılıqlı etimada, ortaq maraqlara və strateji baxışa əsaslanan nümunəvi tərəfdaşlıq modelidir. Tarix boyu formalaşmış dostluq ənənələri müasir dövrdə daha da möhkəmlənərək regionda sabitliyin, təhlükəsizliyin və inkişafın əsas dayaqlarından birinə çevrilib.

Keçən dövr ərzində rəsmi Bakı və Tbilisi uzunmüddətli maraqlar fonunda Cənubi Qafqazın iqtisadi arxitekturasını formalaşdırmaqla regionu əhəmiyyətli enerji və ticari keçid nöqtələrindən birinə çevirmişdir.

Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars kimi meqa layihələr bizləri eyni niyyət və maraqlar üzərində cəmləşdirən möhkəm dayaqlardır. Bu mənada, cənab Prezident İlham Əliyevin Gürcüstana səfəri xüsusi əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşdən sonra Azərbaycan ilə Gürcüstan arasında əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyini bildirib. Bu bəyanat bir daha, iki qonşu ölkənin necə yaşamalı olduğuna bir nümunə ola bilər.

Bu gün hər iki ölkə birgə səylərlə nəinki öz ölkəsinin iqtisadi inkişafını təmin edir, eyni zamanda, bölgə üçün və böyük mənada Avrasiya üçün də önəmli ölkələrə çevrilib.

Prezident İlham Əliyev mətbuata bəyanatında bir daha diqqəti bu reallıqlara yönəldərək bildirdi ki, əsrlər boyu gürcü və Azərbaycan xalqları qardaşlıq şəraitində yaşayıb. Bu gün bu ənənələr davam edir. Bölgədə nümunəvi qonşuluq əlaqələrini əks etdirən bu münasibətlər gələcəkdə də davam edəcək.

Chosen
2
1
moderator.az

2Sources