Müğənni Samirə ƏliMəryəm gənc ifaçılara çağırış edib.
“Yeni Sabah” xəbər verir ki, o, “Xəzər axşamı” proqramında çıxışı zamanı yeni nəslin sənətə və sənətkarlara münasibətindən danışıb.
Samirə əvvəlki nəsil ifaçılara göstərilən ehtiramın davam etməsinin vacibliyini vurğulayıb. Müğənni bildirib ki, Azərbaycan musiqisinin yaşaması üçün bu dəyərlərin qorunması önəmlidir:
“Özümüzə dəyər verməliyik, amma bizdən sonra gələnlər də bizə dəyər versinlər. Necə ki, biz özümüzdən əvvəlki sənətkarları həmişə yaşadırıq, hörmətlərini saxlayırıq. Zəhmət olmasa, bizdən sonra gələnlər də belə etsin. Çox şey istəmirik, siz də bizim mahnıları yaşadın. Bizə hörmətlə yanaşın, sənətimizi, Azərbaycan musiqisini yaşadın”.
Telegram kanalımız