EN

Vens ABŞ-İran danışıqlarına qoşula bilər

ABŞ-nin Vitse-prezidenti Jey Di Vens İran nümayəndələri ilə mümkün birbaşa danışıqlarda iştirak edə bilər.

“İki sahil” xəbər verir ki, bu barədə "Politico" qəzeti mənbələrə istinadla məlumat yayıb.

Onların məlumatına görə, Vens ehtiyatda qalır və pərdəarxası təmaslar İran rəhbərliyinin nümayəndələri ilə təkbətək görüşlə nəticələnsə, Tehranla həssas danışıqlara başlamağa hazırdır".

Qeyd olunur ki, ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkov və Cared Kuşner hazırkı mərhələdə Tehranla təmaslarda iştirak edirlər. Əgər danışıqlarda əhəmiyyətli irəliləyiş əldə olunsa, Vens danışıqlara qoşula bilər.

Chosen
3
1
ikisahil.az

2Sources