EN

Səudiyyə Ərəbistanında raket qalıqları enerji obyektlərinə ziyan vurub

İrandan atılan raketlərin qalıqları Səudiyyə Ərəbistanının Şərq əyalətindəki enerji obyektlərinə düşərək ziyan vurub.

"Report"un xəbərinə görə, bu barədə Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi məlumat verib.

Nazirliyin açıqlamasına görə, ballistik raket qalıqları enerji obyektlərinin yaxınlığında düşüb. Nazirlik əlavə edib ki, hazırda ziyanın qiymətləndirilməsi aparılır. Ziyana məruz qalan obyektlərin adları açıqlanmır.

Bundan əlavə, Səudiyyə Ərəbistanının hərbçiləri ölkənin Hava Hücumundan Müdafiə Qüvvələrinin İrandan krallığın Şərq əyalətinə atılan yeddi raketi ələ keçirdiyini və məhv etdiyini bildirib.


Chosen
7
1
azia.az

2Sources