Bakı, 7 aprel, AZƏRTAC
İtaliya A seriyasında 31-ci tura yekun vurulub.
AZƏRTAC xəbər verir ki, turun mərkəzi görüşü “Napoli” ilə “Milan” arasında "Dieqo Armando Maradona" stadionunda reallaşıb. Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, hazırda turnir cədvəlinə 72 xalla “İnter” liderlik edir. Son çempion “Napoli” 65 xalla 2-ci, “Milan” isə 63 xalla 3-dür.