EN

ABŞ 155-dən çox İran gəmisinə zərər vurub




İrana qarşı hərbi əməliyyatın başlanğıcından bəri ABŞ İslam Respublikasının 155-dən çox gəmisinə zərər vurub və ya onu məhv edib.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat verib.

Komandanlığın X-də dərc etdiyi məlumatlara görə, ABŞ ordusu "Epik Qəzəb" Əməliyyatı zamanı 13 mindən çox hədəfə zərbə endirib.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı müharibəyə başlayıb. Nəticədə Tehran da daxil olmaqla, İranın böyük şəhərləri hücuma məruz qalıb.

Anar
Chosen
9
1
newscenter.az

2Sources