EN

Rusiya internet azadlığında sondan ikincidir – yalnız Şimali Koreyanı qabaqlayır


Internet məkanında azad mühitlə bağlı yeni reytinqlərdə Rusiyanın vəziyyəti diqqət çəkib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Cloudwards analitik platformasının 154 ölkə üzrə hazırladığı reytinqə əsasən, Rusiya internet azadlığına görə sondan ikinci yeri tutub və yalnız Şimali Koreyanı qabaqlayıb.

Məlumata görə, Rusiya 100 baldan cəmi 4 bal toplayıb. Siyahıda onunla yanaşı Çin, İran və Pakistan kimi ölkələr də aşağı sıralarda yer alıb. Ən yüksək nəticəni isə İslandiya, Norveç, Finlandiya və Yeni Zelandiya göstərib.

Qiymətləndirmə zamanı onlayn senzura səviyyəsi, kontentə çıxış imkanları (o cümlədən torrentlər və böyüklər üçün materiallar), həmçinin VPN istifadəsi kimi meyarlar nəzərə alınıb. Aşağı bal toplayan ölkələrdə X, YouTube və TikTok kimi beynəlxalq platformalara məhdudiyyətlərin tətbiq olunduğu qeyd edilir.

Eyni zamanda, Rusiyada internet üzərində nəzarətin daha da gücləndirilməsi istiqamətində addımlar müzakirə olunur. RBK-nın məlumatına görə, Rəqəmsal İnkişaf Nazirliyi IT şirkətlərinə istifadəçilərin cihazlarında VPN-ləri trafik və IP analizləri vasitəsilə aşkar etməyi təklif edib.

Qeyd olunur ki, bu cür nəzarət mexanizmləri iPhone cihazlarında iOS təhlükəsizlik siyasətinə görə məhdud şəkildə işləyə bilir.

Bundan başqa, ölkədə rəqəmsal xidmətlərin tənzimlənməsi də sərtləşdirilə bilər. İctimai Palatada Telegram-la bağlı mümkün hüquqi pozuntular, o cümlədən lisenziyasız kriptocüzdan fəaliyyəti müzakirə olunur. Eyni zamanda, bəzi xidmətlər üçün “Gosuslugi” sistemi vasitəsilə məcburi identifikasiya tətbiqinin mümkünlüyü də nəzərdən keçirilir.

Musavat.com

 

Chosen
8
1
musavat.com

7Sources