EN

İran: ABŞ-İsrail hücumlarında 250 şagird və 60 müəllim həlak olub



ABŞ-İsrail hücumlarında indiyə qədər İranda 250 şagird və 60 müəllim həlak olub.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə İranın Təhsil və Təlim Nazirliyi məlumat yayıb.

Nazirliyin İran mətbuatında dərc olunmuş açıqlamasında qeyd edilir ki, şagird itkilərinin böyük əksəriyyəti Minabdakı ibtidai məktəbdə baş verib.

İran Qızıl Aypara Cəmiyyəti isə 28 fevralda ABŞ-İsrail hücumunda, o cümlədən Hormozqan, Minabdakı qızlar ibtidai məktəbində 168 uşaq olmaqla 180-dən çox insanın həlak olduğunu açıqlayıb.

Anar
Chosen
38
newscenter.az

1Sources