Moskvada yeniyetmə dələduzların təsiri ilə 40 min dolları pəncərədən atıb.
İnterpress.az xəbər verir ki, bu barədə rus mətbuatı məlumat yayıb.
Moskvanın Perovo rayonunda yaşayan qadın dələduzların qurbanı olub. Evində qonaq olan 17 yaşlı oğlu anasının mətbəxdə işləri ilə məşğul olmasından istifadə edərək, ona özünü yorğun hiss etdiyini və yatmaq istədiyini deyib.
Bir müddət sonra qadına naməlum şəxsdən mesaj gəlib. Mesajda qadının evindəki seyfin şəkli və “Pulları geri qaytarmaq istəmirsən?” yazısı olub.
Qadın dərhal seyfin olduğu yerə qaçsa da, artıq bütün əmanətlərin yoxa çıxdığını görüb.
Məlum olub ki, yeniyetmə oğlu dələduzların təsirinə düşüb. Anası məşğul olarkən o, seyfdəki 40 min dolları (təxminən 68 000 manat) çantaya yığaraq pəncərədən aşağı atıb.
Çantanı aşağıda gözləyən cinayətkarın əlaltısı götürərək qaçıb.
Xuraman Etibarlı
İnterpress.az