Tyaqo Messi “İnter Mayami”nin məşq meydançasında möhtəşəm anlar yaşadıb.
Publika.az xəbər verir ki, akademiyanın 13 yaşlı oyunçusu sadəcə məşqə gəlib, amma atasının – Lionel Messinin “Qızıl Topu” ilə.
Komanda yoldaşları şok içində baxarkən, o, əlində kubokla meydana sakitcə daxil olub. Bu, ona normal bir şey kimi görünür, amma hər kəs üçün belə deyil.