EN

ABL: “Naxçıvan”la “Şəki” pley-offa yüksəldilər – ARENA.AZ

Azərbaycan Basketbol Liqasında (ABL) 2025/2026-cı illər mövsümünün pley-in mərhələsinin növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, bu gün daha iki oyun baş tutub.

“Şəki” pley-in mərhələsinin ikinci oyununda “Quba” ilə üz-üzə gəlib. Qarşılaşma “Şəki”nin qələbəsi ilə bitib – 120:77. İlk görüşdə də qalib gəlmiş kollektiv (101:89) pley-offa yüksəlib.

Günün ikinci matçında “Sərhədçi” “Naxçıvan”la münasibətlərə aydınlıq gətirib. İlk oyunda naxçıvanlılar qalib gəlmişdilər – 98:87. İkinci qarşılaşma da “Naxçıvan”ın qələbəsi ilə bitib – 93:80. Nəticədə bu komanda pley-offa yüksələn tərəf olub.

Qalan oyunlar aprelin 7-də keçiriləcək. Zərurət yaranacağı halda, əlavə oyunlar aprelin 9-10-da təşkil olunacaq. Bu qarşılaşmalar pley-in mərhələsində qaliblərin müəyyənləşməsi üçün həlledici rol oynayacaq.

Sonda onu da xatırladaq ki, ABL-də yarımfinal seriyaları da 2 qələbəyə qədər davam edəcək. Final seriyasında isə ən tez 3 qələbə qazanacaq komanda Azərbaycan Basketbol Liqasının çempionu olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Chosen
4
4
arena.az

9Sources