Redaktor.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Apple korporasiyasının tərəfdaşları qatlanan "iPhone"un sınaq istehsalına başlayıblar.
Redaktor.az xəbər verir ki, bu barədə öz "Weibo" bloqunda "Instant Digital" ləqəbli tanınmış insayder məlumat verib.
Mütəxəssisin sözlərinə görə, Apple-ın əsas tərəfdaşı olan "Foxconn" şirkəti yeni smartfonun istehsalına start verib. O hesab edir ki, sınaq istehsalına keçid Amerika İT nəhənginin "iPhone Fold"un kütləvi buraxılışına doğru qətiyyətlə irəlilədiyini göstərir.
"Instant Digital"ın mesajını dəyərləndirən "9to5Mac" jurnalistləri bu xəbərin Apple üçün çox nikbin olduğunu bildiriblər. Onlar qeyd ediblər ki, şirkət sınaq nümunəsinin istehsalına başlayıbsa, deməli, cihazın payızda təqdim olunacağına demək olar ki, əmindir. Ekspertlər vurğulayıblar ki, "Foxconn" zavodunda sınaq istehsalına başlanılması Apple-ın planlarının hələlik qrafikə uyğun şəkildə yerinə yetirildiyindən xəbər verir.
Xədicə BAXIŞLI
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.