EN

The New York Times”: Ermənistanın da daxil olduğu qurum HƏMAS-a tələb irəli sürüb » AzadMedia.az

The


ABŞ-ın The New York Times nəşrinin məlumatına görə, Ermənistanın da daxil olduğu “Sülh Şurası” HƏMAS-dan Qəzza zolağının demilitarizasiyası ilə bağlı razılaşmanı həftənin sonunadək yekunlaşdırmağı tələb edib.

Məlumata əsasən, danışıqlardan xəbərdar olan dörd diplomat bildirib ki, altı aylıq atəşkəs rejiminə nəzarət etmək üçün yaradılmış beynəlxalq qurum HƏMAS üzərində təzyiqləri artıraraq onu silahlardan imtina etməyə və hakimiyyətdən çəkilməyə vadar etməyə çalışır.

Tələbə görə, HƏMAS faktiki olaraq bütün silahlarını təhvil verməli, həmçinin yeraltı tunel şəbəkəsinin xəritələrini təqdim etməlidir.

Diplomatların sözlərinə görə, tərəflərin nümayəndələrinin çərşənbə axşamı Cairo şəhərində görüşü planlaşdırılır. Görüşdə həftənin sonunadək demilitarizasiya üzrə razılaşmanın əldə olunması gözlənilir.

Nəşrin əldə etdiyi və iki rəsmi şəxs tərəfindən təsdiqlənmiş daxili sənədə əsasən, razılaşma əldə edilərsə, İsrail qüvvələri Qəzza ərazisinin böyük hissəsindən və ya tamamilə çıxarıla bilər.
Bununla yanaşı, İsrail tərəfindən əraziyə həyati əhəmiyyətli malların idxalına qoyulan məhdudiyyətlərin aradan qaldırılması, eləcə də silahlı qruplaşma üzvlərinə amnistiya verilməsi nəzərdə tutulur.

Qeyd edək ki, “Sülh Şurası”nın tərkibinə Ermənistan da daxildir.

Chosen
3
1
azadmedia.az

2Sources