EN

Sumqayıtda yaşlı kişi uşaqlara hücum edibVİDEO

Sumqayıt şəhərində əlində bıçaq olan yaşlı kişi yaşadığı evdən çıxaraq binanın həyətində oynayan uşaqlara hücum edib.

Xezerxeber.az-ın məlumatına görə, o, bir neçə dəqiqə ərzində uşaqlara qorxulu anlar yaşadıb.

Sumqayıt şəhər sakini Qadir Ağakişiyev “Xəzər Xəbər”ə bildirib ki, sözügedən şəxs uzun müddətdir 41-ci məhəllədə tək yaşayan 88 yaşlı Şahüseyn Qəmbərovdur. Övladları olsa da, onlardan ayrı yaşayır. Mövcud vəziyyət qonşuları və azyaşlı uşaqları ciddi narahat edir.

Hadisədə ittiham edilən Şahüseyn Qəmbərovun yaşadığı evə baş çəkdik. Sularımıza o, özü belə cavab verdi: “Topla oynayırlar, qoymurlar evdə uzanım. Topu vururlar pəncərəyə. Deyirəm, pəncərəyə vurmayın, gedin o yanda oynayın. Razılaşmırlar”.

Əldə etdiyimiz son məlumata görə, həmin şəxs barəsində polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.

 Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Chosen
21
1
xezerxeber.az

2Sources