EN

Gəncə sakini su çənini rəngləyən zaman zəhərlənərək öldü

Gəncə şəhərində bədbəxt hadisə baş verib.

"Yeni Sabah" APA-ya istinadən xəbər verir ki, şəhər sakini 1961-ci il təvəllüdlü M.Məmmədov yaşadığı evin damında su çəninin içərisini rəngləyən zaman zəhərlənərək ölüb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb ediliblər.

Mərhumun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə təhvil verilib.

Fakta bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.


Telegram kanalımız
Chosen
5
3
yenisabah.az

10Sources