EN

Bu saata olan əsas xəbərlər

 

 

 

 

 

AZƏRTAC bu gün saat 20:00-dək olan əsas xəbərləri təqdim edir:

 

 

 

Bakı, 6 aprel, AZƏRTAC

Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə geniş tərkibdə görüşü olub.

Birinci xanım Mehriban Əliyeva Tbilisidə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış olub.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Tbilisidə Gürcüstan Milli Muzeyində olub.

Azərbaycan Prezidenti və Gürcüstanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər.

Birinci xanım Mehriban Əliyevanın şərəfinə lanç.

Azərbaycan Respublikasının Prezidentinin şərəfinə lanç.

Prezident İlham Əliyevin Gürcüstana dövlət səfəri başa çatıb.

FHN-in qüvvələri Keşlədə 97 sakini təhlükəsiz əraziyə təxliyə edib.

ABŞ və İran sülh təklifini nəzərdən keçirir.

Paris ətrafında minlərlə sakin irqi ayrı-seçkiliyə qarşı etiraz aksiyasına çıxıb.

Bibiheybət yolunda torpaq sürüşməsi təhlükəsi yaranıb, hərəkət qismən məhdudlaşdırılıb.

Sabah Bakıda hava əsasən yağmursuz olacaq, bölgələrdə yağıntılar tədricən kəsiləcək.

Gənc Tamaşaçılar Teatrının aprel repertuarı açıqlanıb.

Qızıl növbəti dəfə Azərbaycandan ixrac edilən malların siyahısında birinci olub.

Bu ilin ilk rübündə dövlət büdcəsindən 68,5 milyon manat geri qaytarılıb.

Ötən həftə 117 mina və 2254 partlamamış hərbi sursat zərərsizləşdirilib.

Azərbaycan millisinin Andorra ilə oyunlar üçün heyəti açıqlanıb.

Ağdam Sənaye Parkına indiyədək 150 milyon manat sərmayə yatırılıb.

Əməkhaqqı ödənişində gender bərabərliyi qorunacaq – Yeni qanun layihəsi.

Bakıda birinci rüb ərzində avtobuslarla 120 milyon sərnişin daşınıb.

Şimal dənizində onlarla neft və qaz yatağı bloklanıb.

Zabrat-Maştağa yolunda suyun kənarlaşdırılması üçün xüsusi nasoslar və texnikalar işə salınıb.

Türkiyənin Baş prokuroru Bakıdadır.

Bibiheybət yolunda hərəkətin məhdudlaşdırılması ilə bağlı 6 avtobus marşrutunun hərəkəti dəyişdirilib.

ADSEA: Xətaidə kollektorun üzərində tikilən ev sökülüb.

Basketbol: “Sabah” Qazaxıstan klubuna qalib gəlib.

“Terrorçuluğa qarşı mübarizə” və “Media haqqında” qanunlara dəyişiklik plenar iclasa tövsiyə edilib.

NASA-nın missiyası Aya çatıb.

Azərbaycandan gilas tinglərinin Özbəkistana ixracına icazə verilib.

“Bishir”: Sadə resept paylaşımlarını qazanca çevirən startap hekayəsi.

Qarabağda gələcəyin şəhərləri qurulur.

Azərbaycan və Gürcüstan – regionu birləşdirən əməkdaşlıq.

Qusarda selin törətdiyi fəsadlar aradan qaldırılır.

Chosen
33
20
azertag.az

10Sources