EN

“SSRİ-dən sonra əxlaq pozuldu" - Rus Kilsəsindən sovet qoxulu açıqlama

Rusiyada Rusiya Pravoslav Kilsəsi nümayəndəsinin açıqlaması geniş müzakirələrə səbəb olub. Kilsə təmsilçisi Pitirim bildirib ki, SSRİ-nin süqutundan sonra ölkədə fərqli bir asılılıq formalaşıb.

Musavat.com xəbər verir ki, onun sözlərinə görə, bu gün insanlar artıq sistemin deyil, “öz günah və ehtiraslarının əsiri”nə çevriliblər. O, bu prosesi cəmiyyətin mənəvi zəifləməsi ilə əlaqələndirib.

Pitirim hesab edir ki, “Qərb dəyərləri”nin təsiri nəticəsində əxlaqi prinsiplər sarsılıb və bu da sosial problemləri dərinləşdirib. O, xüsusilə qeyd edib ki, belə bir mühitdə doğum səviyyəsini inzibati üsullarla artırmaq mümkün deyil.

Kilsə rəsmisinin fikirləri ictimaiyyətdə birmənalı qarşılanmayıb və sosial şəbəkələrdə geniş polemikaya səbəb olub.

Musavat.com

Chosen
2
40
musavat.com

10Sources