EN

İmtahanda yenə səhv suallar: Nə vaxta qədər davam edəcək?

Cebheinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Dünən Bakı şəhərinin bir neçə rayonu və bölgələrdə Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib. 

İmtahanda 49701 şagirdin iştirakı gözlənilirdi. İmtahanda 54 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edib. İlkin məlumatlara əsasən, 4 nəfərdə mobil telefon aşkar edildiyi üçün imtahandan xaric edilib və araşdırma aparılır.

İmtahanda iştirak etmək üçün tələb olunan sənədləri qaydasında olmayan - şəxsiyyət vəsiqəsini evdə unudan, şəxsiyyəti təsdiq edən sənədin surəti ilə imtahana gələn və ya vəsiqəsində şəkli olmadığı üçün məktəbdən verilən şəkilli arayışı özü ilə gətirməyən şagirdlər də olub.

Xatırladaq ki, imtahan başa çatdıqdan sonra iştirakçılara sual kitabçalarını özləri ilə aparmağa icazə verilib.

Bu gün isə həmin buraxılış imtahanında istifadə edilmiş qapalı və kodlaşdırma tələb edən açıq tipli test tapşırıqlarının doğru cavab etalonları açıqlanıb. 

Yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin 6 həftədən sonra elan olunması nəzərdə tutulur. 

Qeyd edək ki, son vaxtlar DİM tərəfindən təşkil olunan hər imtahandan sonra  suallar geniş müzakirələrə səbəb olur. 

Sosial şəbəkələrdə müəllimlər, valideynlər tərəfindən bəzi fənnlərlə bağlı imtahanda yalnışlığa yol verildiyi bildirilir. Dünən təşkil olunan buraxılış imtahanında da eyni vəziyyət özünü göstərib. 

Belə ki, imtahanda riyaziyyat fənnindən iki sualın səhv tərtib olunduğu bildirilir. Artıq uzun müddətdir ki, imtahanlarla bağlı bu kimi problemlər davam edir. 

İmtahanlardakı bu nöqsanlar niyə aradan qaldırılmır, yoxsa bu sahədə sistem fəaliyyət göstərə bilmir? 

Məsələ ilə bağlı təhsil üzrə ekspert Məzahir Məmmədli "Cebheinfo.az"-a bildirib ki, hər buraxılış, blok imtahanından sonra Dövlət İmtahan Mərkəzinə qarşı belə ittihamlar səslənir: 

"DİM-də öz növbəsində buraxılış imtahanları ilə bağlı deyir ki, sualların ağırlıq dərəcəsi orta, aşağı və yuxarı səviyyəlidir, tədrisdənkənar suallar salınmayıb. Yəni hər dəfə eyni, şablon ifadələr səslənir. Məsələ ondadır ki, DİM hər dəfə belə ciddi müzakirələrdən sonra hansısa səhvləri etiraf etməli olur. 

Qeyd edir ki, bir-iki sualda səhv olmasında problem yoxdur. Yəni özlərinə haqq qazandırılar ki, ola bilər. Ancaq bu, imtahan verən uşaqlarda müəyyən gərginliyə səbəb olduğu üçün heç kim ondan sığortalanmayıb ki, növbəti mərhələlərdə də DİM-in tərtib etdiyi sualda hər hansı səfv olmayacaq. 

Bu, abituriyentlərdə bir növ alışqanlıq yaradır. Dünən keçirilən Azərbaycan dili və İngilis dili fənnindən imtahanın normal olduğu, Riyaziyyat fənnindən isə bəzi sualların səhv tərtib olunduğu bildirilir. Bu da xüsusilə repetitorlar, ümumtəhsil məktəbləri və hazırlıq kursu keçən müəllimlər arasında daha ciddi müzakirəyə səbəb olur". 

Ekspert imtahanlarla bağlı belə bir problemlərin yaranmasının səbəbini DİM-in marker müəllimləri, test hazırlayan müəllimllərlə əlaqələndirir: 

"Yəni onlara əməkləri qarşılığında məvacib ödənilmir. Fikrimcə, repetiorlar adları daha çox DİM-lə hallansın deyə bu işdə maraqlıdırlar. Ancaq tam mənasında sualların tərtibatı, səhvlərin aradan qaldırılması məsuliyyət nümayiş etdirmirlər. 

Bir qayda olaraq həm DİM, həm cəmiyyət öyrəşib ki, imtahan sullarında hər hansı səhvlər ola bilər. Bir növ alışqanlıq yaranıb. Təbii ki, burada uşaqların taleyi həll olunur. 

Hər bir sualdakı xüsusi gərginlik ümumi stressə səbəb ola bilir. Biz bu problemin tezliklə aradan qalxacağına ancaq ümid edə bilərik". 

Nigar Abdullayeva 

"Cebheinfo.az"

Açar sözlər:

İmtahan Məzahir Məmmədli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
19
1
cebheinfo.az

2Sources