EN

Müharibə Səudiyyə Ərəbistanına 10 milyard dollara başa gəlib

ABŞ-nin İrana qarşı hərbi əməliyyatları fonunda Səudiyyə Ərəbistanının itirilmiş gəlirləri və əlavə xərcləri 10 milyard dolları ötüb.

Ölkə.Az xəbər verir ki, bu barədə The Wall Street Journal (WSJ) mənbələrinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, zərər ilk növbədə Hörmüz boğazında gəmiçiliyin məhdudlaşdırılması ilə bağlıdır. Bu vəziyyət krallığın neft ixracının həcminə mənfi təsir göstərir. Bundan əlavə, İranın cavab zərbələri nəticəsində yaranan qismən hərbi itkilər və "Formula-1" yarışları kimi iri beynəlxalq tədbirlərin ləğvi də ümumi rəqəmə daxildir.

Yaranmış vəziyyət fonunda ölkə rəhbərliyi və iri dövlət şirkətləri cari xərcləri azaltmaq məqsədilə böyük infrastruktur layihələrinin, o cümlədən yeni göydələnlərin inşasının icra qrafikinə yenidən baxırlar. Həmçinin Səudiyyə Ərəbistanı müdafiə büdcəsinin sürətlə artırılması imkanlarını nəzərdən keçirir ki, bu da vəsaitlərin yenidən bölüşdürülməsini tələb edəcək.

Chosen
20
2
olke.az

3Sources