EN

Derbidə zədələnən Asensionun vəziyyəti NECƏDİR?

ain.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

"Fənərbağça"nın ispan ulduzu Marko Asensio "Beşiktaş"la matçda aldığı zədə səbəbindən "Kayserispor"la qarşılaşmada yaşıl meydandan kənarda qalacaq.

Redaktor.az xəbər verir ki, "Beşiktaş"a qarşı oynanılan gərgin derbidə zədələnərək meydanı tərk edən Asensionun MRT müayinəsi nəticəsində dizində şişkinlik olduğu aşkarlanıb.

30 yaşlı ispan futbolçu səhər saatlarında təkrar tibbi baxışdan keçirilib və vəziyyətinin daha ətraflı qiymətləndirilməsi məqsədilə ikinci dəfə MRT müayinəsinə cəlb olunacaq.

Təcrübəli oyunçunun zədəsinin o qədər də ciddi olmadığı, lakin buna baxmayaraq "Kayserispor"la qarşılaşmada komandasına kömək edə bilməyəcəyi bildirilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
1
1
redaktor.az

2Sources