EN

“Yaxın vaxtlarda ölüb gedəcəyəm, mənə söz verin” Məşhur müğənni sevənlərindən elə şey istədi ki…

Mia.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Türk pop musiqisinin tanınmış simalarından müğənni Serdar Ortaç son açıqlaması ilə gündəmə gəlib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, pərstişkarlarına müraciət edərək, yaxın vaxtlarda həyatla vidalaşacağını iddia edib.

 Məşhur sənətçi ölümündən sonra sevənlərindən onun mahnılarını yaşatmalarını xahiş edib: "Söz verin, mahnılarımızı yaşadın. Mən sağikən o mahnılarıma klip çəkmədilər, onları heç kimlə paylaşmadılar. Sənət həyatında çətin dövrlər keçirdim. Hər kəs məni yıxmaqq istədi, bunun üçün  əllərindən gələni etdilər, amma mən hələ də ayaqdayam, 35 il keçdi, yıxa bilmədilər. Artıq bilirəm, tezliklə öləcəyəm, bunları hamı ilə paylaşın…”.

Xatırladaq ki, Serdar Ortaç 16 fevral 1970-ci ildə İstanbulda anadan olub.

Ləman

MİA.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
11
mia.az

1Sources