EN

Lukaşenko: “Ermənistandakı vəziyyət çox çətindir”

Ayna portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"KTMT Ermənistanla münasibətlərdə çox diqqətli olmalıdır"

“KTMT Ermənistanla münasibətlərində çox diqqətli və nəzakətli olmalıdır”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Taatbek Masadıkovla görüşündə bildirib.

"Ermənistanla münasibətlərimizdə daha nəzakətli və diqqətli olmalıyıq. Bilirsiniz, Ermənistan KTMT-nin işini dəstəkləmir, amma eyni zamanda, üzv olaraq qalır. Biz çox nəzakətli olmalıyıq", - deyə Lukaşenko bildirib.

Onun sözlərinə görə, Ermənistandakı vəziyyət çox çətindir: "Ermənistan bu baxımdan, xüsusən də seçki dövründə çətin vəziyyətdədir. Çox çətin bir vəziyyətdir. Buna görə də Ermənistanla münasibətlərimizdə çox diqqətli və ehtiyatlı olmalıyıq".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
49
1
ayna.az

2Sources