EN

Vitse qubernatorun 10 milyardlıq əmlakına həbs qoyuldu Malikanəsinə 1milyard xərcləyib...

Azpolitika.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Rusiyada Krasnodar diyarı qubernatorunun müavini Andrey Korobka ilə bağlı iri korrupsiya işi üzrə məhkəmə onun əmlakına həbs qoyub.

“AzPolitika” bildirir ki, bu barədə region məhkəmələrinin birgə mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, dövlətə keçirilməsi tələb olunan korrupsiya aktivlərinin ümumi dəyəri 10 milyard rubldan çoxdur.

Məlumata görə, Korobka və onunla əlaqəli şəxslərin əmlakının dövlət nəfinə müsadirəsi ilə bağlı məhkəməyə iddia təqdim olunub. İddiaya səbəb kimi vitse-qubernatorun fəaliyyətində korrupsiyaya qarşı qanunvericiliyin pozulması göstərilir.

İş üzrə Korobkadan başqa 20 fiziki şəxs və 3 hüquqi şəxs də cavabdeh qismində keçir. İddialara əsasən, bizneslə hakimiyyətin birləşməsi nəticəsində əlaqəli şirkətlərin kapitallaşması 10 milyard rubl artıb.

Nəzarət orqanlarının məlumatına görə, vitse-qubernatorun korrupsiya aktivlərinə aşağıdakılar daxildir:

1 800 hektar torpaq sahəsi

130 min kvadratmetrdən çox daşınmaz əmlak

12 şirkət

12,5 min hektar məhsuldar torpağın icarə hüquqları.

İddialara görə, Korobka 5,8 min hektara yaxın dövlət və bələdiyyə torpaqlarını tender keçirmədən əlaqəli şirkətlərə uzunmüddətli icarəyə verib.

Bundan əlavə, onun bu fəaliyyətini gizlətmək üçün aktivlərini həyat yoldaşı, qardaşı və digər yaxın şəxslərin adına rəsmiləşdirdiyi bildirilir.Həmçinin, nəzarət orqanları Korobkanın öz nəzarətində olan müəssisələrə 80 milyon rubldan çox dövlət dəstəyi ayırdığını qeyd edir.

İddialara görə, təxminən 10 min hektar məhsuldar torpaq kənd təsərrüfatı dövriyyəsindən çıxarılaraq tikinti məqsədilə istifadə olunub. Bu torpaqların bir hissəsində isə dəyəri 1 milyard rubldan çox olan şəxsi malikanə – helikopter meydançası, liman, tennis kortları və kilsə ilə birlikdə inşa edilib.

Məhkəmə iddia üzrə təminat tədbiri kimi Korobkanın əmlakına həbs qoyulması və onun üzərində sərəncam verilməsinin qadağan edilməsi barədə qərar çıxarıb.

Qeyd edək ki, Andrey Korobka 2015-ci ildən Krasnodar diyarı qubernatorunun müavini vəzifəsində çalışır. Daha əvvəl o, fermer təsərrüfatına rəhbərlik edib, daha sonra yerli bələdiyyədə deputat olub və regionun kənd təsərrüfatı naziri vəzifəsini tutub.

Rasim

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
28
azpolitika.info

1Sources