EN

“Masumiyet Müzesi”ndən sonra yeni serial, yeni obraz

Türkiyəli gənc aktrisa Eylül Lize Kandemirin növbəti ekran işi müəyyənləşib.

"Yeni Sabah" xəbər verir ki, o, yeni mövsümdə yayımlanması planlaşdırılan “Başkalarının Hayatı” serialında əsas obrazlardan biri olan Hülyanı canlandıracaq. 

Kandemir son olaraq izləyicilərin qarşısına “Masumiyet Müzesi” layihəsində çıxıb. Həmin ekran işində o, Füsun obrazına həyat verib və serial Orxan Pamukun eyniadlı əsəri əsasında hazırlanıb.

Eylül Lize Kandemir 2001-ci ildə İstanbulda anadan olub. O, ekran karyerasına “Zemheri” ilə başlayıb, daha sonra “Kardeşlerim” serialındakı Yasmin obrazı ilə tanınıb. 


Telegram kanalımız
Chosen
18
yenisabah.az

1Sources