Bakıda sürücü sükan arxasında vəfat edib.
"Cebheinfo.az" xəbər verir ki, hadisə Binəqədi rayonu Biləcəri qəsəbəsində baş verib.
Belə ki, Bakı şəhər sakini 1972-ci il təvəllüdlü Ləyaqət Vəliyev “Toyota” markalı avtomobilini idarə edərkən qəfil ölüb.
Onun ürək çatışmazlığından həyatını itirdiyi bildirilib.
Hazırda faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"