Çimərlik futbolu üzrə millimiz Türkiyədə Moldova yığmasına qarşı oynayıb.
"Football-plus.az" xəbər verir ki, görüş yığmamızın 8:5 hesablı qələbəsi ilə yekunlaşıb. Amma bu, komandalar arasında yeganə matç olmayacaq. Belə ki, Azərbaycan və Moldova komandalarının daha iki oyunu baş tutacaq.
Bu oyunlar sabah və aprelin 8-də keçiriləcək.